BAKI, 18 mart. TELEQRAF

"Zaporjiye Atom Elektrik Stansiyası (ZNPP) ətrafında vəziyyət ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında danışıqların mövzularından biri olacaq".

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit jurnalistlərlə söhbəti zamanı bildirib.

"Prezident Tramp bu məsələni Putin qarşısında qaldıracaq" - Levit qeyd edib.

Martın 13-də Tramp bəyan edib ki, ABŞ Ukrayna ilə hansı əraziləri itirə biləcəyini müzakirə edir. O, prosesi "çətin" adlandırıb və əlavə edib ki, vəziyyətin həlli istiqamətində ilk addım atəşkəs olmalıdır.