BAKI, 18 mart. TELEQRAF

Ukrayna pilotsuz uçuş aparatları ilə (PUA) Belqoroda hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Düşən pilotsuz təyyarələrdən birinin dağıntıları Şçorsa küçəsində yerləşən “Atlant Arena” ticarət mərkəzinin binasına ziyan vurub. Ticarət mərkəzinin fasadı və yaxınlıqdakı ağaclar yanıb.

Yanğın tez bir zamanda söndürülüb.