BAKI, 18 mart. TELEQRAF

Antarktikada yerləşən "Sanae IV" stansiyasının tədqiqatçısı həmkarlarına bıcaqla hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, hücuma məruz qalan alimlər Cənubi Afrikada yerləşən stansiyadan kömək istəyiblər. Alimlər komandası çətin hava şəraiti səbəbindən ən azı doqquz ay xarici aləmdən tamamilə təcrid olunub.

Kömək istəyən alim bildirib ki, həmkarlarından biri onlara hücum etməyə başladığı üçün komandasının üzvləri qorxu içində yaşayırlar. Ehtimal edilir ki, çətin yaşam şəraiti alimlərdən birinin psixoloji durumunda ciddi problemlər yaradıb. Hadisə yerinə xilasedicilər göndərilib.