BAKI, 17 mart. TELEQRAF

Böyük Britaniyanın Baş naziri Key Starmerin sözçüsü bildirib ki, 30-dan çox ölkənin Ukraynaya sülhməramlı kontingentini göndərməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır .

Nəşr əlavə edib ki, sülh sazişi əldə olunacağı təqdirdə Ukraynaya hərbi dəstək vermək üçün yeni bir təşəbbüs koalisiyası yaradıla bilər.

Bir müddət əvvəl Britaniyanın Baş naziri Starmer minlərlə Britaniya sülhməramlısının Ukraynaya göndərməyə hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, Fransa Prezidenti Makron da bildirib ki, Aİ ölkələri Rusiyanın razılığı olmadan belə Ukraynaya sülhməramlılar göndərə bilər.