
BAKI, 17 mart. TELEQRAF
Bu gün Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya hərbçiləri arasında 98 toqquşma qeydə alınıb və 9 istiqamətdə döyüşlər davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat yayıb.
Həmçinin məlumata görə, Kursk vilayətində də əməliyyatlar davam edir. Bu istiqamətdə Ukrayna hərbiçiləri dörd hücumu dəf edib, amma hələ də toqquşmalar davam edir.