
BAKI, 17 mart. TELEQRAF
"Rusiya Federasiyası və ABŞ Ukraynada heç vaxt sülhə indiki qədər yaxın olmamışdı".
Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levit jurnalistlər üçün keçirdiyi brifinq zamanı bildirib.
Levit əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaqda qərarlıdır.