
BAKI, 18 mart. TELEQRAF
ABŞ qüvvələri Ənsarulah (Husilər) hərəkatının nəzarəti altında olan Yəmənin paytaxtı Səna şəhərinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə husilərə məxsus "Al Masirah" telekanalı məlumat yayıb.
"Al Hadath" və "Sky News Arabia" telekanallarının məlumatına görə, şəhərin hər yerində güclü partlayış səsləri eşidilib. "Əl Hadathın mənbələri bildiriblər ki, zərbələr Yəmən paytaxtının qərbində yerləşən husilərə məxsus hərbi obyektləri hədəf alıb.