
BAKI, 17 mart. TELEQRAF
Doqquz aydan çox Beynəlxalq Kosmik Stansiyada (BKS) ilişib qalan amerikalı astronavtlar Buç Uilmor və Suni Uilyams çərşənbə axşamı axşam Yerə qayıdacaqlar.
Teleqraf xəbər verir ki, onlarla birgə NASA astronavtı Nik Qeyc və rusiyalı kosmonavt Aleksandr Qorbunov da qayıdacaq.
Qeyd edək ki, astronavtlar martın 16-da səhər BKS-ə gələn SpaceX-in kosmik gəmisində Yerə qayıdacaqlar. Məlumata görə, astronavtların qayıdışı üçün hazırlıqların başlanıb.