BAKI, 17 mart. TELEQRAF

"ABŞ və Ukrayna nümayəndələri Kiyevin ərazi güzəştləri məsələsini müzakirə ediblər".

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Bu barədə ABŞ Prezidenti Donald Trampın komandası və Ukrayna tərəfi ilə müzakirə aparıblar. Mən bu kürsüdən detallar barədə danışmayacağam. ABŞ prezidentinin Vladimir Putinlə söhbətindən əvvəl açıqlama verməyim ağılsızlıq olardı ", - Levitt əlavə edib.