BAKI, 18 mart. TELEQRAF

ABŞ-nin "MQ-4C" kəşfiyyat pilotsuz təyyarəsi İran hava məkanı yaxınlığında aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə “NourNews” agentliyi İran silahlı qüvvələrinə istinadən məlumat yayıb.

“ABŞ-nin pilotsuz uçan aparatı İran F-14 qırıcıları və kəşfiyyat PUA-ları ilə qarşılaşdıqdan sonra geri çəkilib" - İslam Respublikası Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir.

Burada vurğulanır ki, istər pilotlu, istərsə də pilotsuz istənilən təyyarə ölkənin hava məkanını keçərsə, dərhal məhv ediləcək.