BAKI, 17 mart. TELEQRAF

ABŞ-nin Tennessi ştatında qeyri-adi soyğunçuluq hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, bu barədə “wreg.com” məlumat yayıb.

Belə ki, yanacaqdoldurma məntəqəsinə 4 nəfər basqın edib, onlardan ikisi piton ilanları ilə “silahlanıb”. Məntəqədəki işçilər ilanlardan çox qorxub.

Məlumata görə, soyğunçular təxminən 400 dollar dəyərində kannabinoid yağı (CBD yağı) oğurlayıb. Yanacaqdoldurma məntəqəsinin əməkdaşlarından biri bildirib ki, oğurlanmış malların həcmi daha çox ola bilərdi, lakin xeyli müştəri var idi.