
BAKI, 18 mart. TELEQRAF
İran ABŞ Prezidenti Donald Trampın Yəməndəki Ənsarulah (Husilər) hərəkatı üsyançılarının hücumlarında "əli olması" ilə bağlı iddialarını rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə İslam Respublikasının BMT- dəki daimi nümayəndəsi Əmir Səid İrəvani məktub yayıb.
“Mən ABŞ-nin Yəmənə qarşı təcavüzü və hərbi cinayətlərinə haqsız olaraq haqq qazandırmağa çalışan Ağ Ev administrasiyasının yüksək rütbəli rəsmilərinin son bəyanatlarını qətiyyətlə pislədiyimi bildirmək istərdim ”, - İrəvani bildirib.
O, Amerikanın ittihamlarını əsassız adlandırıb və vurğulayıb ki, İran heç vaxt BMT Təhlükəsizlik Şurasının Yəmənə silah embarqosu ilə bağlı qətnaməsini pozan fəaliyyətlərdə iştirak etməyib .