BAKI, 18 mart. TELEQRAF

Ağ Evin mətbuat katibi Karolin Levit fransalı deputatın məşhur Azadlıq heykəlini geri qaytarmaq tələblərini şərh edib.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.

"Adını açıqlamayacağım aşağı səviyyəli bir fransız siyasətçisinə tövsiyəm odur ki, onların bu gün almanca danışmaması yalnız ABŞ-a görədir" - Levit deyib.

Levitt əlavə edib ki, Birləşmiş Ştatlar abidəni geri qaytarmaq niyyətində deyil.