
BAKI, 18 mart. TELEQRAF
"Ukraynada sülhün nizamlanması üzrə danışıqlar kritik mərhələyə qədəm qoyur".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Amerika lideri Rusiya Prezidenti Vladimir Putinlə söhbətin əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, münaqişənin bütün tərəfləri sülh istəyir.
“Bütün oyunçular bunu istəyir. İtkilər çox böyükdür, bunun bənzərini az adam görüb. Sabah çox vacib bir söhbətimiz olacaq”, - siyasətçi qeyd edib.