BAKI, 17 mart. TELEQRAF

Pakistan Beynəlxalq Hava Yollarına (PİA) məxsus təyyarə təkərsiz halda Lahor Hava Limanına enib.

Teleqraf xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Sözügedən insident Kəraçidən gələn təyyarədə yaşanıb. Problemə baxmayaraq, hava gəmisi maneəsiz eniş edə bilib.

Sərnişinlərdən heç biri xəsarət almayıb.