BAKI, 18 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla söhbətindən sonra Rusiya ilə atəşkəs barədə danışıb.

Teleqraf xəbər verir ki, o, bu barədə öz "Teleqram" kanalında paylaşım edib.

Onun sözlərinə görə, bunun baş verməsi üçün Rusiya şərtlər irəli sürməkdən əl çəkməlidir.

“Ukrayna 30 günlük qeyd-şərtsiz atəşkəsə hazırdır. Amma onun həyata keçirilməsinə doğru irəliləmək üçün Rusiya şərtlər irəli sürməkdən əl çəkməlidir. Biz bu barədə prezident Makronla da danışdıq" - siyasətçi deyib.