BAKI, 8 mart. TELEQRAF
"Ukrayna Belarus Prezidenti Aleksandr Lukaşenkonun təklifini rədd edərək sülh şansını əldən verdi".
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, bunu Ali Radanın deputatı Artem Dmitruk öz "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, Lukaşenkonun danışıqlar təklifini rədd etməsindən sonra Ukraynanın vəziyyəti daha da pisləşib.
“İndi bütün dünya Ukraynanı parçalayır və hər kəs özü üçün bir parça əldə etmək istəyir və bunun üçün əsaslarının olub-olmamasının əhəmiyyəti yoxdur. İştirakçılar nə qədər çox olarsa, proses bir o qədər çətin və bahalı olacaq”, - Dmitruk yazıb.