BAKI, 1 mart. TELEQRAF

Böyük Britaniyanın Ukraynaya illik 3 milyard funt sterlinqlik ilk yardımı yaxın bir neçə gün ərzində veriləcək.

Teleqraf xəbər verir ki, bunu LBC telekanalına müsahibəsində Böyük Britaniyanın Maliyyə Nazirliyinin nümayəndəsi Reyçel Rivz deyib .

"Biz Ukraynaya lazım olan müddətdə dəstək vermək üçün ildə 3 milyard funt sterlinq ayırmağı öhdəmizə götürmüşük və bu yaxınlarda Rusiyanın dondurulmuş aktivlərinin və onlardan əldə edilən gəlirlərin Ukraynanı dəstəkləmək üçün istifadə edilməsinə imkan verən qanun qəbul etmişik. 3 milyard funt-sterlinqin ilk tranşı yaxın bir neçə gün ərzində Ukraynaya ödəniləcək" - deyə, Rivz bildirib.

Rivz əlavə edib ki, Böyük Britaniya Ağ Evdəki münaqişə fonunda Ukrayna və ABŞ arasında seçim etməyəcək, lakin Rusiyanın təcavüzünə qarşı mübarizədə Kiyevə dəstəyini davam etdirəcək.