
BAKI, 1 mart. TELEQRAF
Qalmaqallı ABŞ səfərindən sonra Böyük Britaniyaya gələn Ukrayna Prezidenti Volodimir Zelenski burada çox isti qarşılanıb.
Teleqraf xəbər verir ki, Londonda Ukrayna liderini Baş nazir Kir Starmer şəxsən qarşılayıb.
Ukrayna lideri sabah Londonda kral III Çarlzla görüşəcək. Həmçinin sabah Ukraynaya dəstək məsələsi ilə bağlı Avropa liderlərinin görüşü planlaşdırılır.
Ölkə liderlərinin görüşərkən qucaqlaşması Ukraynanı az qala müdafiəsiz qoyan ABŞ-yə bir mesaj kimi qiymətləndirilir.
Britaniya rəsmisi Reyçel Rivz bildirib ki, London Ağ Evdəki münaqişə fonunda Ukrayna və ABŞ arasında seçim etməyəcək, lakin Rusiyanın təcavüzünə qarşı mübarizədə Kiyevə dəstəyini davam etdirəcək.