
BAKI, 2 mart. TELEQRAF
Martın 2-də Ramazan ayının ikinci günüdür.
Teleqraf xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin təsdiqlədiyi Ramazan təqviminə əsasən Bakıda imsak vaxtı saat 05:47-də, iftar isə saat 18:48-dədir.
Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:
Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Göranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9
İftardan qabaq oxunan dua:
İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Həqiqətən, sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!
Ramazan ayının 2-ci gününün duası:
Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin.
Tərcüməsi:
İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda məni müvəffəqiyyət ver. Səni sonsuz mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!
Qeyd edək ki, qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə düşür.
Martın 30-da isə fitr bayramı qeyd olunacaq.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.