BAKI, 1 mart. TELEQRAF

Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa liderlərini sabah Londona dəvət edib.

Teleqraf xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilir ki, sabahkı görüşə Fransa, Almaniya, Danimarka, Hollandiya, Norveç, Polşa, İspaniya, Türkiyə, Finlandiya, İsveç, Çexiya və Rumıniya liderləri, həmçinin Avropa Şurasının, Avropa Komissiyasının prezidentləri və NATO-nun baş katibi dəvətlidir.

Starmer Ukraynada sülhün təmin edilməsi məqsədi ilə bazar günü keçiriləcək sammitdən əvvəl prezident Zelenski və İtaliyanın Baş naziri Giorgia Meloni ilə görüşəcək.