
BAKI, 1 mart. TELEQRAF
Polşa Prezidenti Anjey Duda Ukrayna Prezidenti Volodimir Zelenskini Ağ Evdəki mübahisədən sonra ABŞ lideri Donald Trampla danışıqlar masasına qayıtmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Duda mətbuat konfransında danışıb.
“Dünən işlər, gəlin etiraf edək ki, müəyyən çıxılmaz vəziyyətə düşüb”, - Duda Ağ Evdəki görüşü şərh edərkən deyib.
O xatırladıb ki, bir həftə əvvəl telefon danışığında Zelenskiyə Donald Tramp ilə danışıqlar zamanı özünü “sakit və konstruktiv” aparmağı tövsiyə edib.
Polşa liderinin sözlərinə görə, son illər Ukrayna münaqişəsinin həllinə yalnız Tramp cəhd edib. Duda iddia edir ki, Birləşmiş Ştatlar silahlı münaqişəyə son qoymağa qadir olan yeganə qüvvədir.