BAKI, 1 mart. TELEQRAF

Fələstinin HƏMAS hərəkatı ilə İsrail dövləti arasında razılaşdırılmış atəşkəs sazişi başa çatıb. Atəşkəsin ikinci mərhələsi ilə bağlı aparılan danışıqlarda heç bir razılaşma əldə olunmayıb.

Teleqraf "Haber7"yə istinadən xəbər verir ki, atəşkəsin birincə mərhələsində Qəzzada 15 ay davam edən savaşa son qoyulub, 2 min fələstinli məhbus və 33 israilli girovun azad edilməsi üzrə razılıq əldə olunub.

Atəşkəsin birinci mərhələsi bu gün başa çatır. İkinci mərhələdə isə danışıqlar davam etdiyindən tərəflər atəşkəsin davam etdirilməsini razılaşdırıblar.

Danışıqların ikinci mərhələsi Qahirədə aparılır. Danışıqlarda İsrail, Qətər, Misir və ABŞ rəsmiləri iştirak edirlər.

HƏMAS-ı danışıqlarda Qətər və Misir təmsil edir. HƏMAS rəsmisi Basem Naim danışıqlarda hələlik heç bir razılaşma əldə olunmadığını bildirib.