.jpg)
BAKI, 1 mart. TELEQRAF
Braziliya Latın Amerikası ölkələrini 2025-ci ilin iyulunda keçiriləcək BRİKS sammitində iştiraka dəvət edib.
Teleqraf "RİA Novosti"ə istinadən xəbər verir ki, bu barədə Prezident Luiz İnasio Lula da Silva jurnalistlərə açıqlamasında bildirib.
“Mən bütün Latın Amerikası ölkələrini Braziliyada keçiriləcək BRİKS sammitində iştirak etməyə dəvət edirəm. Çünki hesab edirəm ki, qrupun üzvü olmasalar belə, onların iştirakı vacibdir, çünki bu, bütün dünya ilə ünsiyyət fürsətidir”, - Braziliya lideri deyib.