
BAKI, 1 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın paytaxtı Londona səfər edib.
Teleqraf “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Bildirilir ki, Ukrayna lideri bu gün Böyük Britaniyanın Baş naziri Key Starmerlə, sabah isə kral III Çarlzla görüşəcək.
"Sabah kral III Çarlzla da daxil olmaqla bir sıra ikitərəfli görüşlər, həmçinin Ukraynaya dəstək məsələsi ilə bağlı Avropa liderlərinin görüşü olacaq", - Nikiforov bildirib.