
BAKI, 1 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenskinin komandasının üzvləri ABŞ lideri Donald Trampın nümayəndələri tərəfindən Ağ Evdən çıxarılarkən göz yaşlarında boğuldular.
Teleqraf xəbər verir ki, bunu "CNN" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Trampın müşaviri Mayk Vals deyib.
“Zelenski komandası səfərin ləğv edilməsinin səbəblərini başa düşdü. Onun səfiri və müşaviri sövdələşmənin davam etməsini arzulayaraq, demək olar ki, göz yaşları içində idi. Lakin Zelenski hələ də münaqişənin davam etdirilməsi ilə bağlı mübahisə edirdi”.
Vals əlavə edib ki, o, Zelenskiyə Trampın hərbi münaqişənin həllinə yeni yanaşmasını, eləcə də Ukrayna ordusundakı problemləri xatırladıb. Trampın müşaviri əmindir ki, Ukrayna lideri danışıqlara münasibətini yenidən nəzərdən keçirməli olacaq.