BAKI, 27 fevral. TELEQRAF
BMT-nin baş katibi Antonio Quttereş terror təşkilatı PKK-nın lideri Abdullah Öcalanın tərəfdarlarını silahı yerə qoymağa dəvət etməsini alqışlayıb.
Teleqraf Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, katib bunu “ümid çırağı” kimi qiymətləndirib.
BMT-nin sözçüsü Stefan Düjarrik isə əlavə edib ki, təşkilat Türkiyədəki hadisələri diqqətlə izləyir.
"Bu çağırış uzun müddətdir davam edən münaqişənin həllinə ümid yaradır", - Stefan Düjarrik bildirib.
Qeyd edək ki, daha əvvəl Abdullah Öcalan tərəfdarlarını silahı yerə qoymağa çağırıb.