BAKI, 18 fevral. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres Rusiya və ABŞ rəsmilərinin çərşənbə axşamı Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan görüşlə bağlı durumu yaxından izləyir.
Teleqraf xəbər verir ki, bunu təşkilatın rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
O, xüsusilə BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü arasındakı dialoqun ciddi əhəmiyyət daşıdığını vurğulayıb.
Düjarrik qeyd edib ki, BMT görüşün nəticəsini səbrsizliklə gözləyir.