BAKI, 14 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Çin Prezidenti Si Cinpinlə daha tez görüşmək istədiyini bildirib .
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.
Jurnalistlər Trampdan ABŞ, Rusiya və Çin arasında üçtərəfli sammit keçirmək fikrində olub-olmadığını soruşublar .
O xatırladıb ki, ilk prezidentlik dövründə Rusiya-Ukrayna və ya Yaxın Şərq münaqişələri olmayıb.
Tramp əlavə edib ki, Putin və Si Cinpinlə görüşləri zamanı hərbi büdcələrin yarıya qədər azaldılmasını müzakirə etmək istərdi.