ABŞ-ın yeni prezidenti Donald Tramp Ukraynanı Rusiya ilə sülh sazişi bağlamağa məcbur edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.
“Tramp Ukraynanı təhlükəsizlik zəmanəti ilə dəstəkləmədən sülh sazişi bağlamağa məcbur edəcək” - nəşr qeyd edir.
Nəşrin müəllifləri hesab edirlər ki, Tramp Rusiyaya qarşı sanksiyaları yumşaldacaq, həmçinin Rusiya prezidenti Vladimir Putini Mar-a-Laqoya (Trampın Floridadakı iqamətgahı) Şükran günü yeməyinə dəvət edəcək.