Separatçı Abxaziya "parlamenti" yaxınlığında dekabrın 19-da törədilən silahlı insidentdə yaralanan "deputat" Kan Kvarçiya xəstəxanadan evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə onun rəhbərlik etdiyi “Aidgylara” (Birlik) ictimai təşkilatı məlumat yayıb.
Bildirilib ki, həkimlər "deputat"ın səhhətini qənaətbəxş kimi qiymətləndirirlər.
Qeyd edək ki, dekabrın 19-da Abxaziya "parlamenti"nin yaxınlığında atışma olub. Nəticədə "deputat" K.Kvarçiya yaralanıb.
Xatırladaq ki, Abxaziya 1990-cı illərdə işğal edilmiş Gürcüstan ərazisidir. Rusiya 2008-ci ildə bölgənin "müstəqilliyini" tanıyıb. BMT Abxaziyanı dövlət kimi təsdiqləməyib.