"Amerika istehsalı olan yeni raketdən müdafiə sistemi yaratmaq fikrindəyəm".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni prezidenti Donald Tramp “Turning Point USA” konfransında deyib.

“Mən ordumuzu ABŞ-da hazırlanacaq tamamilə yeni və böyük raketdən müdafiə qalxanının tikintisinə başlamağa yönəldəcəm” - Tramp bildirib.

Trampın sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan da oxşar raketdən müdafiə sistemi qurmağı planlaşdırıb, ancaqo zaman Amerika ordusunda lazımi texnologiyalarolmayıb.

O, ABŞ-ın hərbi potensialın hazırkı səviyyəsinin göydəki iynəni belə vurmağa imkan verdiyini bildirib.