Suriya administrasiyası keçid hökumətinə baş nazir seçməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Al-Jazeera məlumat yayıb.

Qeyd olunub ki, hazırda bu post üçün Məhəmməd Əl-Bəşir nəzərdən keçirilir.

Əgər təsdiqlənsə, Məhəmməd Əl-Bəşirə keçid dövründə yeni Suriya hökumətini qurmaq tapşırığı veriləcək.