Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və Fələstinin Həmas hərəkatı tərəfindən girov götürülən israillilərin azad edilməsi üzrə beynəlxalq məsləhətləşmələrin iştirakçıları prinsipial razılıq əldə ediblər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden məlumat verib.
Amerika prezidentinin sözlərinə görə, danışıqlar zamanı tərəflər atəşkəs sazişinin prinsipləri ilə razılaşdıqlarını açıq şəkildə bildiriblər. Bunun fonunda Ağ Evin sahibi qeyd edib ki, o, sazişin imzalanması perspektivlərinə nikbin yanaşır.
"Düşünürəm ki, biz saziş bağlamaq ərəfəsindəyik" - Bayden deyib.
Qeyd edək ki, avqustun 26-da “The Times of Israel” qəzeti Qəzza zolağında atəşkəs üzrə danışıqların nəticə vermədiyini yaymışdı.