Belarusda bu ölkə və Rusiya Silahlı Qüvvələrinin bölmələrinin birgə taktiki-uçuş təlimləri başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin aviasiya bölmələrinin birgə taktiki-uçuş təlimi başlayıb. Rusiyanın aerokosmik qüvvələrinin bölməsi də təlimlərə qatılıb”, - məlumatda bildirilib.

Eyni zamanda, təlimlərə Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin bütün aerodromları və poliqonları cəlb olunub.