Misirin şimalında yerləşən Dakahlia əyalətində avtobusun kanala düşməsi nəticəsində azı 19 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 10-dan çox sərnişin xəsarət alıb.

İlkin məlumata görə, qəzaya səbəb sürücünün səhvi olub.