Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçirilib.

Trend-in məlumatına görə, qurultayda Rəcəb Tayyib Ərdoğan yenidən AKP sədri seçilib.

Partiya sədrliyinə yeganə namizəd olan Ərdoğana 1428 qurultay nümayəndəsi səs verib.

Partiyanın İdarə Heyətinin 75 nəfərlik yeni tərkibi də təsdiqlənib.