SSRİ-nin sonuncu Müdafiə naziri Yevgeniy Şapoşnikov dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, sonuncu müdafiə naziri 78 yaşında dünyasını dəyişib. O Mıtişaxdakı Federal hərbi-memorial qəbristanlığında dəfn olunacaq.
Şapoşnikov 1991-ci ilin avqustunun 23-dənazir vəzifəsinə təyin olunub. O, SSRİ dağılandan sonra da bu postda qalıb və 21 dekabr 1993-cü ilə kimi nazir olub.