Suriya paytaxtından 360 km məsafədə yerləşən Hələb şəhərində ağır döyüşlər gedir.

Teleqraf.com-un xəbərinə görə, bu gün müxaif döyüşçülər qədim şəhərdəki yeraltı qalereyadan Sənaye Palatasının binasına daxil olub və onu partladıblar.

Yerli KİV-in xəbərinə görə, bina yerlə yeksan olub. Qonşuluqdakı binalar da ciddi zədələnib.

İlkin məlumatlara görə, hadisə nəticəsində dinc sakinlərdən 24 nəfər ölüb, 56 nəfər yaralanıb. Həmçinin yerli yarımstansiya da partladılıb.

Nihad