BAKI, 26 iyun. TELEQRAF

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Çinin Sindao şəhərində keçirilən Qran-pridə bürünc medal qazanıb.

Teleqraf xəbər verir ki, idmançı üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janı yuko xalı ilə məğlub edib.

Qeyd edək ki, Qran-priyə iyunun 28-də yekun vurulacaq.