BAKI, 26 iyun. TELEQRAF

Azərbaycan taekvondoçusu Minayə Əkbərova beynəlxalq turnirdə qızıl medal qazanıb.

Teleqraf xəbər verir ki, 46 kq çəki dərəcəsində çıxış edən milli üzvü Qazaxıstanın Astana şəhərində keçirilən “Kazakhstan Open” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Minayə Əkbərova bütün rəqiblərini üstələyərək yarışın qalibi olub.