BAKI, 25 iyun. TELEQRAF
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 26–28 iyun tarixlərində Çinin Sindao şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.
Teleqraf Cüdo Federasiyasına istinadən xəbər verir ki, olimpiya çempionu Zelim Kotsoyev (-100 kq), həmçinin Madina Kaisinova (+78 kq) zədə səbəbindən turniri buraxacaq.
Los-Anceles Olimpiadasına lisenziya xalları verən yarışda Azərbaycanın 17 cüdoçusu (11 kişi, 6 qadın) 10 çəki dərəcəsində qüvvəsini sınayacaq.
Komandaya kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Üç gün davam edəcək turnirdə 58 ölkədən 502 cüdoçu (267 kişi, 235 qadın) tatamiyə çıxacaq.
Dünya Turu seriyasına daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Kişilər
-60 kq
Əhməd Yusifov
Balabəy Ağayev
-66 kq
Ruslan Paşayev
Tofiq Məmmədov
-73 kq
Rəşid Məmmədəliyev
-81 kq
Hidayət Heydərov
Zelim Tçkayev
-90 kq
Aslan Kotsoyev
Murad Fətiyev
+100 kq
Camal Qamzatxanov
Uşanqi Kokauri
Qadınlar
-48 kq
Könül Əliyeva
Şəfəq Həmidova
-52 kq
Gültac Məmmədəliyeva
Leyla Əliyeva
-63 kq
Fidan Əlizadə
-70 kq
Südabə Ağayeva