BAKI, 5 yanvar. TELEQRAF

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası baş məşqçi Aleksandr Tarakanovla yollarını ayırıb.

Bu barədə Teleqraf-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Rusiyalı mütəxəssislə əməkdaşlıq qarşılıqlı razılaşma əsasında başa çatıb.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayından baş məşqçi vəzifəsində çalışan A.Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.