BAKI, 25 dekabr. TELEQRAF

Rusiyalı MMA döyüşçüsü sevgilisini amansızlıqla döyüb.

Teleqraf “RT” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı idmançı 20 yaşlı sevgilisini onun evində bağlayaraq dörd saat ərzində döyüb.

Zərərçəkənə üz sümüklərinin sınıqları, hematomalar və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Qadını bir neçə əməliyyat gözləyir.

Hadisəni törədən şəxs Tver vilayəti polisi tərəfindən saxlanılıb və barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.