BAKI, 25 noyabr. TELEQRAF

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 28-30 noyabrda Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turniri keçiriləcək.

Teleqraf xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq.

Üç gün davam edəcək turnirdə 53 ölkədən 390 idmançı (233 kişi, 157 qadın) iştirak edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Heyəti təqdim edirik:

Kişilər

60 kq

Əhməd Yusifov
Balabəy Ağayev

66 kq

Ruslan Paşayev
Rəşad Yelkiyev

73 kq

Rəşid Məmmədəliyev
Hidayət Heydərov

90 kq

Murad Fətiyev
Aslan Kotsoyev

+100 kq

Camal Qamzatxanov
Uşanqi Kokauri