BAKI, 20 sentyabr. TELEQRAF

Bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Teleqraf xəbər verir ki, bunlar Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasovdur (87 kq).

Bu gün həmçinin 72 kq çəki dərəcəsində yarışan Ülvi Qənizadə (72 kq) finalda fransalı İbrahim Qanemə ilə qarşılaşacaq.

Nihat Məmmədli ilə Murad Əhmədiyev (97 kq) isə bürünc medal uğrunda görüşlərə çıxacaqlar.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərindən ötən gün Eldəniz Əzizli bürünc medal qazanıb.