BAKI, 15 sentyabr. TELEQRAF
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında Azərbaycanın daha üç güləşçisi mübarizəyə qoşulacaq.
Teleqraf xəbər verir ki, sərbəst güləşçilərdən Əli Rəhimzadə (65 kq) ilə Maqomedxan Maqomedov (97.kq), qadınlardan isə Günay Qurbanova (59 kq) xalça üzərinə çıxacaqlar.
Millinin digər üzvlərindən Cəbrayıl Hacıyev (79 kq) təsəlliverici, Osman Nurməhəmmədov isə bürünc medal görüşünə çıxacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), eləcə də Arseniy Djioyev (86 kq) bürünc medal qazanıblar.