BAKI, 16 sentyabr. TELEQRAF

Ermənistanın yeni Konstitusiyasının mətni ilin sonuna qədər dərc olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirib.

“Əgər xatırlayırsınızsa, ölkəmizdə seçkilər keçirilib və işlər bu səbəbdən bir qədər ləngiyib. Hazırda müxtəlif qurumlarda müzakirələr gedir. Mətn tam hazırdır. Konstitusiya İslahatları Şurası hələ mətni təsdiqləməyib, tezliklə iclasımız olacaq və şura üzvlərinə mətnlə tanış olmaq imkanı yaradılacaq”, - o deyib.

Srbuhi Qalyan yeni mətndə razılaşdırılmayan maddələrin olmadığını da qeyd edib.