BAKI, 31 avqust. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Bişkekdə Hindistan Baş naziri Narendra Modi ilə görüşüb.

Teleqraf xəbər verir ki, həmsöhbətlər Ermənistan-Hindistan əməkdaşlığını yeni səviyyəyə qaldırmaq üçün birgə addımların atılmasının vacibliyini bildiriblər.

Nikol Paşinyan və Narendra Modi Ermənistan-Hindistan dostluğunun həmişə güclü olduğunu və onu daha da dərinləşdirmək üçün səyləri davam etdirməyə hazır olduqlarını deyiblər.

Baş nazirlər iqtisadiyyat, texnologiya, səhiyyə və əczaçılıq, təhsil, infrastruktur, investisiya və turizm sahələrində əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

Paşinyan Hindistan Baş nazirinin Ermənistana münasib vaxtda səfər etmək dəvətini bir daha təsdiqləyib və münasib vaxtda Hindistana da səfər etməyə hazır olduğunu bildirib.

Tərəflər regional əhəmiyyətli digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Xüsusilə, TRIPP (“Tramp marşrutu”) layihəsinin icrasına toxunublar.