BAKI, 17 avqust. TELEQRAF
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan general-mayor Aram Ovannisyanın Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi təyin edilməsi barədə fərman imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyası məlumat yayıb.
Təyinat Ermənistan Baş naziri Nikol Paşinyanın təklifi əsasında baş tutub.